Kəlbəcərə məktub.


 Əiz, doğma və əvəzedilməz yurdum Kəlbəcər! 28 ilin üzücü ayrılığından sonra biz sənə qayıdırıq. Qayıdırıq səninlə qucaqlaşaq, yenidən doğmalaşaq, yenidən bütövləşək. Bəli, bütövləşək. Çünki insan Vətənsiz olanda yarım olur, əzgin olur, küskün olur. Əziz Kəlbəcərim ! Biz sənə qayıdırıq əgər bizi qəbul etsən. Qəbul etməməyə haqqın var, çünki biz səni yalnız qoyub getmişdik. Amma məcburduq, çarəsizdik, təklənmişdik. İnanıram ki, bizi qəbul edəcəksən. Çünki sən dağların kimi əzəmətli və dözümlüsən əziz Kəlbəcərim. 28 ilin işğalına, rəzalətinə, işgəncəsinə dözdün, tab gətirdin, əyilmədin. Amma biz də boş dayanmadıq. Böyüdük, inkişaf etdik, gücləndik və nəhayət "yetər daha!" deyərək nankor düşmənin başını "dəmir yumruq"la əzdik. Biz indi qalib ölkənin məğrur vətəndaşları olaraq sənə qayıdırıq. Əziz Kəlbəcərim biz səni dirçəldəcəyik, inkişaf etdirəcəyik, düşmənin sənə vurduğu yaralara məlhəm olaraq səni sağaldacağıq. Və nəhayət sənə elə sarılacağıq ki, bir daha heç bir qüvvə bizi səndən, səni bizdən qopara bilməsin əziz Kəlbəcərim. Sənə qovuşmağımıza sayılı günlər qalır. Tezliklə görüşənədək......


Yorumlar

  1. Allah hiçbirimizi toprağımızdan ayrı düşürmesin, toprağımıza yabancı el değdirmesin sayın hocam.

    YanıtlaSil
  2. İnanırıq ki,bir gün Kelbecer öz ellerimizle yeniden cennete dönecek!O güne az qalfı.Bütün kelbecerliler öz ocaqlarının istisine yığışacaq.Başımız üstünde dolaşan Şəhidlerimizin ruhu da rahatlayacaq.

    YanıtlaSil
    Yanıtlar
    1. Əlbəttə. Ocaqlarımızın yenidən alovlanmasına sayılı günlər qalır....

      Sil
  3. Şehitlerimize Allah tan rahmet,ailelerine ve Azerbaycan halkına başsağlığı diliyorum

    YanıtlaSil

Yorum Gönder

Bu blogdaki popüler yayınlar