GƏNCLƏRƏ MƏKTUB!
Gənc dostlar!Çox dinamik və gərgin bir dünyada yaşayırsınız.Sizdən,bizdən asılı olmayaraq,dünya dəyişir,hər şer texnologiyadan asılı olur.Hətta insan fikirləşəndə ki,birdən bir anlıq texnologiya dayansa,elektron sistem sussa,nə etmək olar?Bu suala cavab vermək çox çətindir.Artıq biz özümüzü texnologiyasız,internetsiz,kompütersiz,mobil telefonsuz,facebook,instaqram,telegram,tvitter və.s -siz təsəvvür edə bilmərik.Bəli,bu gün internet bizə dünyaya inteqrasiya olmağa,dünya mədəniyyətini öyrənməyə kömək edir.Deməli, kompüter texnologiyasını bilmək çox vacibdir.Bu gün dünyanın hər yerinə internet vasitəsilə bir anın içində məlumat göndərə bilərik.Ona görə İKT bilik,bacarıq və vərdişlərinizi artırın.Lakin yazı mədəniyyətinin qədim forması olan məktubu unutmayın.Ara-sıra məktub yazın.Doğmalarınıza,dost,tanış,qohum,həmkar,ailə müzvlərinizə məktub yazmaqdan vaz keçməyin.Məktub insanın daxılı dünyasını əks etdirir.Məktubdan vaz keçmək daxili dünyandan imtinadır,özündən imtinadır.Məktub bizə dostlardan xatirədir,doğmalardan nişanədir.Sizə dəyərli məktublar arzulayırıq!
Gözəl və səmimi fikirlərdir...
YanıtlaSilTəşəkkürlər,müəllim!
SilElinize sağlık hocam
YanıtlaSil