Şehidlerimize mektub!
Salam,Şəhidim!
Sənə deyiləsi sözlerim var.Məni dinləmək istəyirsənmi?Neçə vaxtdır bu məktubu yazmaq istəyirəm.Lakin qərar verə bilmirəm.Çünki çətindir.Yazmaq düşünməkdən,içində danışmaqdan çox -çox çətindir.Çünki "məktubumu hardan,kimdən,nədən başlayım?" bilmirəm.
Sen böyük işlərə qalxmışdın,Şəhidim!Bundan böyük,bundan şərəfli iş ola bilməz.Torpağı azad etmək!Düşməni vətəndən çıxarmaq !Bəli,bacardın,şəhidim.Bacardın.Amma qələbəmizin sevincini bizimlə yaşamadın...Arxanda buraxıb getdiklərindən xəbərin varmı,şəhidim?Ömrü qaralan,saçları ağaran anançün darıxmısanmı?Hər gün pəncərədən baxıb "atam harda?"-deyən övladını bağrına basmaq istəyirsənmi?İşi çətinə düşəndə sənin yoxluğunu hiss edib ağlayan arvadına nə demək istəyirsən?evin,küçən,iş yerin,əşyaların,vərdişlərin üçün burnunun ucu göynəyirmi?Boynuburuq bənövşə kimi məyus nişanlını sevindirmək könlündən keçirmi?
Bilirəm,Cənnətdəsən.Tanrım səni ora çəkdi.Amma biz sizlər üçün darıxmışıq.Ruhunuz da ,adınız da bizim üçün əzizdir.Dönə biləydin kaş....o yaşları silə biləydin kaş...Abadlaşan Qarabağa dönə biləydin kaş...KAŞ,kaş,kaş.....Bu" kaşlar" ömrümüz səninlə apardı....
Eeeehh,şəhidim,ürəklərə köz basmısan.məlhəmini göndər bari...Bir il olur getdiyin...Belə vəfasız olmamışdın heç...Sən də yalvar Tanrıya,şəhidim.Yalvar ki,yanıqlı qəlblərə su səpsin Tanrım!Allah sənə rəhmət eləsin,şəhidim!Rahat uyu!Sənin qanın yerdə qalmayacaq!

Yüreğinize sağlık hocam. Duygularınız ne de güzel dökülmüş kaleminizden. Hem şehitlerimizden Allah razı olsun. Hem de şehitlerimizi unutturmayan gönüllerden Allah razı olsun.
YanıtlaSilÇok duygusal, çok içten kelimeler Aybeniz hocam. Şehitlerimizin değerini unutmamak, unutturmamak önemli.
YanıtlaSilAllah şehidlerimize rehmet eləsin!
YanıtlaSilÇok duygulandım. Yüreğinize sağlık 🤲 Şehitlerimizin ruhu şad olsun. Allah onlardan razı olsun.
YanıtlaSilGönlünüze sağlık hocam.
YanıtlaSilŞəhidlər baş tacımız, inancımız , kutsalımızdır....
YanıtlaSilEmeğinize,yüreğinize sağlık.Çok duygulandım.
YanıtlaSil